ABŞ Bəhreyndəki RLS-nin vurulması barədə bəyanatı rədd edib - Yenilənib
ABŞ Bəhreyndə amerikalı hərbçilərə məxsus radiolokasiya sisteminin məhv edilməsi barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatlarını təkzib edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
"SEPAH ABŞ-nin Bəhreyndəki erkən xəbərdarlıq sisteminin radarına hücum etdiyini bildirib. SEPAH tərəfindən Bəhreyn istiqamətində birtərəfli hücum çərçivəsində iki pilotsuz uçuş aparatı buraxılıb, lakin onlar ABŞ qüvvələri tərəfindən ələ keçirilərək məhv edilib. İtki və ziyan qeydə alınmayıb", - komandanlığın məlumatında bildirilir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri ABŞ ordusunun Bəhreyndə yerləşən radar sisteminə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Aerokosmik Qüvvələri bir neçə saat əvvəl İranın Sirik şəhərinə endirilən hava zərbəsinə cavab olaraq Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemini hədəfə alıb və onu məhv edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Sima Useynova – Azərbaycan aerokosmik elminin sönməyən işığı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













