Son üç saatda İrandan Azərbaycana daha 30 nəfər təxliyə edilib - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Son üç saatda İrandan Azərbaycana daha 30 nəfər təxliyə edilib - YENİLƏNİB-3


Martın 2-si saat 14.00-dan 17.00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, 6 Azərbaycan vətəndaşı təxliyə olunub.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.

Son üç saat ərzində Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub.

Bu barədə "Far.Az"un Cənub bürosu məlumat verib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si səhər saat 10:00-a qədər İrandan ümumilikdə 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, bu dəqiqələrdə keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Bu gecə həmçinin 50 Çin vətəndaşı da təxliyə olunub.

Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər