Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ
Bayramların sevilən atributlarından olan Benqal atəşləri (red: qıvılcım çubuğu və ya sparkler) ciddi xəsarətlərə səbəb ola bilər.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu kiçik atəşfəşanlıq verən çubuqların əsas təhlükəsinin ətrafa yayılan yüksək temperaturlu qığılcımlar olduğunu bildiriblər.
Rusiyalı professor Andrey Şanginin sözlərinə görə, Benqal atəşinin yanma temperaturu 1000 dərəcəyədək yüksələ bilər.
Onun sözlərinə görə, ətrafa yayılan qığılcımlar gözləri zədələyə, dəridə yanıqlar yarada və tezalışan materialları alışdıra bilər. Hətta o söndükdən sonra metal çubuğundakı istilik yanıq törədə bilər.
Mütəxəssis xüsusilə uşaqların təhlükəsizliyinə diqqət çəkib. Onun sözlərinə görə, kiçik yaşlı uşaqlara belə çubuqları vermək olmaz. Yanan çubuğu üzə yaxın tutmaq və ətrafa yelləmək də təhlükəlidir.
Qığılcım gözə düşərsə, dərhal tibbi yardım almaq lazımdır. Həkim müayinəsinədək gözü ovuşdurmaq, üzərinə təzyiq göstərmək və ilişib qalmış hissəciyi özbaşına çıxarmağa çalışmaq olmaz.
Professor partlamayan fişənglərin də təhlükəli olduğunu vurğulayıb. Belə fişəngləri götürməyə cəhd etmək onların əldə partlamasına səbəb ola bilər.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib
Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Rahim Sterlinqin cəzası məlum oldu













