"Real"ın daha üç futbolçusu "Selta" ilə matçda iştirak edə bilməyəcək
Far.Az xəbər saytı

"Real"ın daha üç futbolçusu "Selta" ilə matçda iştirak edə bilməyəcək


İspaniyanın "Real" klubu daha üç futbolçu itkisi ilə üzləşib.

"Far.Az"un məlumatına görə, Madrid təmsilçisinin oyunçularından Din Heysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın XXVII turunda "Selta" ilə matçda iştirak edə bilməyəcəklər.

Onlar "Xetafe"ya 0:1 hesabı ilə uduzduqları XXVI turun qarşılaşmasında cəzalı duruma düşüblər. Heysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.

"Xetafe" ilə görüşdə Rauf Asensio, Cud Bellinqem, Eduardo Kamavinqa, Dani Sebalyos, Eder Militao və Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyiblər.

Qeyd edək ki, "Selta" - "Real" oyunu martın 6-dan 7-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır
Bu ərazilərdə torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər