Şəkidə 64 yaşlı kişi transformatora toxunaraq faciəli şəkildə ölüb
Far.Az xəbər saytı

Şəkidə 64 yaşlı kişi transformatora toxunaraq faciəli şəkildə ölüb


Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatora yaxınlaşaraq içərisində olan elektrik naqillərindən tutması səbəbindən ölüb.

Yaxınlarının deməsinə görə, mərhum R.Məcidov uzun müddət psixi xəstəlikdən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar müalicə almasına baxmayaraq səhhətində hər hansı yaxşılaşma müşahidə edilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər