Dövlət Vergi Xidməti: "Əsas prioritetimiz sistemi tam rəqəmsallaşdırmaqdır"
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsas prioriteti vergi sisteminin tam rəqəmsallaşdırılmasıdır.
"Far.Az" xəbər verir ki, bunu qurumun Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin şöbə rəisi Günay Mahmudova Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti 2025-2028-ci illər üzrə strategiyası çərçivəsində vergi sisteminin tam rəqəmsallaşdırılmasını və vergi ödəyicilərinə münasibətdə insan amilinin minimuma endirilməsini hədəfləyir: "Strategiyamız çərçivəsində əsas prioritetlər rəqəmsal transformasiya, süni intellektin tətbiqi, könüllü əməl etmənin təşviqidir. Gələcək planlarımızdan biri də Əlavə Dəyər Vergisi (ƏDV) bəyannaməsində və mərhələli şəkildə digər bütün bəyannamələrdə "Pre-filled" (öncədən doldurulmuş) mexanizminin tətbiq olunmasıdır. Eyni zamanda vergi inzibatçılığında süni intellektə əsaslanan risk analizi mexanizminin tətbiqi də əsas prioritetlərdən biridir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













