İsrail XİN başçısı İranın Azərbaycana hücumunu qəbuledilməz adlandırıb
Far.Az xəbər saytı

İsrail XİN başçısı İranın Azərbaycana hücumunu qəbuledilməz adlandırıb


İsrailin xarici işlər naziri Gideon Saar İranın Azərbaycana hücumunu pisləyib və qəbuledilməz adlandırıb.

"Report" xəbər verir ki, o, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığının yekunlarını şərh edərkən "X"də yazıb.

"Dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və məqsədyönlü təcavüzünü pisləyirəm. Ona və regionun digər ölkələrinə qarşı bu təcavüz tamamilə yolverilməzdir və İran rejiminin ağılsızlığını bir daha sübut edir", - o yazıb.

G.Saar əlavə edib ki, İsrail məqsədlərinə çatana qədər İranda hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İranın dron hücumundan sonra Naxçıvan aeroportundan - FOTOREPORTAJ
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər