Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir
Far.Az xəbər saytı

Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir


Gəncə Şəhər İcra Hakimiyyəti və "Bakı Abadlıq Xidməti" MMC tərəfindən şəhərin bir sıra çoxmənzilli yaşayış binalarının yerləşdiyi məhəllə və parklarında "ABAD məhəllə" layihəsi çərçivəsində yenidənqurma işləri aparılır.

"Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işlərlə yerində tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, artıq 8 məhəllədə "ABAD məhəllə" layihəsi yerinə yetirilir. Daha 6 məhəllədə isə bu işlərin həyata keçirilməsi nəzərdə tutulub. Məhəllələrlə yanaşı, binaların fasadları da təmir olunur, blokların qapı və pəncərələri yeniləri ilə əvəz edilir. Artıq 2 binanın fasadında yenilənmə işləri yekunlaşmaq üzrədir.

Sözügedən məhəllələrdə uşaq meydançaları salınır, bordür və tamet daşları düzülür, idman qurğuları quraşdırılır, söhbətgahlar yaradılır, həmçinin ərazilərdə müasir işıqlandırma sistemləri qurulur.

Bununla yanaşı, şəhərdə 10-a yaxın kiçik park və yaşıllıq sahəsində də təmir işlərinin aparılması planlaşdırılır. Parklarda tamet daşlarının döşənməsi, yeni söhbətgahların qurulması, asfaltlanma işlərinin görülməsi, müasir işıqlandırma sistemlərinin quraşdırılması, yaşıllıq zolaqlarının salınması və ərazilərin ümumi abadlaşdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər