Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Futbolçularımız çox istəklidirlər"
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri çox istəklidirlər.
"Far.Az"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruy Jorje jurnalistlərə açıqlamasında bildirib.
Portuqaliyalı mütəxəssis təlim-məşq toplanışının yaxşı keçdiyini söyləyib:
"Keyfiyyətli məşqlər edirik. Oyunçulardan istədiklərimizi ala bilirik. Bu hazırlıq prosesindən çox razıyıq. Onlar çox istəklidirlər"
Baş məşqçi toplanışda yoxlama oyunu keçirməmələrinin səbəbini açıqlayıb:
"Oyunçuları daha yaxından tanımaq, məşq prinsiplərimizə bələd olmaqlarını istədim. Yoldaşlıq oyunlarından əvvəl haradan başlayacağımızı bilməliyik. İlkin təəssüratlarım yaxşıdır. Futbolçuların yanaşmalarından razıyam. Çox istəklidirlər, bu da bizim oyun fəlsəfəmizə uyğundur. Öyrənmək istəyirlər".
R. Jorje ikinci toplanışda yoldaşlıq oyunu olacağını sözlərinə əlavə edib:
"Çox güman ki, xarici komanda ilə oynayacağıq. Elə komanda yaradacağıq ki, hər bir azərbaycanlı fəxr edəcək. Dünya çempionatına təşkilatçı ölkə kimi qatılırıq. Digər komandalarla fərqimizin olduğunu bilirik. Bunun üçün hər gün istəklə çalışacağıq ki, fərqi azaldaq".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib
-
PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var













