İsveçrə Aİ-nin sülhməramlı missiyalarında iştirak edəcək
İsveçrə parlamentinin silah ixracı qaydalarının yumşaldılması ilə bağlı qərarı düzgün addımdır. Bu qərar İsveçrə sənayesinin inkişafına və Avropa təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək. Aİ üçün İsveçrə ixracatının birliyin bütün dövlətlərinə daxil ola bilməsi vacibdir.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Sürixdə Aİ və İsveçrə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair iki sazişin imzalanması məraismində bildirib.
İmzalanan sənədlər xarici siyasət və təhlükəsizlik sahəsində Aİ ilə İsveçrə arasında münasibətlərin möhkəmləndirilməsinə və konfederasiyanın Avropa İttifaqının böhranların həlli üzrə əməliyyatlarında iştirakına aiddir.
Kallas Ukraynaya göstərdiyi dəstəyə, o cümlədən enerji sahəsi də daxil olmaqla, mühüm humanitar yardımlara görə İsveçrəyə təşəkkür edib. Aİ-nin baş diplomatının sözlərinə görə, Rusiyanın sülh istəmədiyi aşkardır:
"Buna görə də Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiq göstərmək vacibdir. Biz Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi, həmçinin növbəti sanksiyalar paketimizlə bağlı irəliyə doğru addımlamalıyıq. Sanksiyalar Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflədir. Mən həmçinin İsveçrəyə bizə qoşulduğu üçün təşəkkür edirəm", - deyən Kallas neytrallığın daha sıx əməkdaşlıq üçün maneə olmadığını əlavə edib.
Öz növbəsində, İsveçrənin federal xarici işlər naziri İqnasio Kassis qeyd edib ki, Yaxın Şərqdəki son gərginliyin də göstərdiyi kimi, bu gün heç bir münaqişə regional səviyyədə qalmır.
"Yaxın Şərqdəki gərginlik Avropaya - bizim təhlükəsizliyimizə, enerji təchizatımıza, ticarət yollarımıza və iqtisadi sabitliyimizə birbaşa təsir göstərir. Bu kontekstdə ən yaxın tərəfdaşımız olan Avropa İttifaqı ilə sabit münasibətlər İsveçrə üçün strateji əhəmiyyət kəsb edir", - Kassis bəyan edib.
Onun sözlərinə görə, imzalanmış çərçivə müqaviləsi İsveçrənin Aİ-nin mülki və hərbi sülhməramlı missiyalarında iştirakını asanlaşdıracaq:
"Bu razılaşma heç bir öhdəlik yaratmır. İsveçrə hər bir konkret halda iştirak məsələsini yenə də özü həll edəcək. İsveçrə Silahlı Qüvvələrinin cəlb edilməsi halında isə son söz həmişə parlamentin olacaq", - Kassis yekunlaşdırıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb













