Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 14 %-dən çox artıb
Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına kredit qoyuluşu 493 milyon 673 min manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.
Kredit qoyuluşunun 326 milyon 836,9 min manatı və yaxud 66,2 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 16,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 145 milyon 622,6 min manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 17,1 % çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 28,8 %-dən 29,5 %-ə yüksəlib.
Bu il aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 21 milyon 213,5 min manat olub. Bu, illik müqayisədə 18,8 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 4,3 %-ə enib.
Naxçıvanda 7 bank filialı və 4 BOKT fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
ABŞ-də Haiti prezidentinin öldürülməsinə görə dörd nəfər təqsirli bilinib
-
AFFA 2026/2027 mövsümü üçün lisenziya verdiyi klubların siyahısını açıqladı













