Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub
Far.Az xəbər saytı

Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub


Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə iki ailə - dörd nəfər köçürülüb.

Bu barədə "Far.Az"a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sakinlərə yeni bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. Çıxış edən Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib, doğma yurda qayıdan sakinləri təbrik edib.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər