Məhəmməd Muradlı "Aeroflot Open" turnirinin əlavə əmsal qaydasını absurd adlandırıb
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Rusiyanın paytaxtı Moskvada keçirilmiş "Aeroflot Open" turnirinin qeyri-adi əlavə əmsal qaydasından narazı qalıb.
"Report" xəbər verir ki, o, bu barədə "Report"a açıqlama verib.
M.Muradlı yarışın normal keçdiyini söyləyib:
"Turnir ümumi olaraq mənim üçün normal keçdi. Bunu reytinqin artması baxımından uğurlu çıxış adlandırmaq olar. Oyunlar onu göstərdi ki, daha yaxşı nəticə əldə etmək olardı. Səkkizinci görüşdə şanslarımı daha yaxşı dəyərləndirə bilmədim. Qalibiyyət üçün üstünlük əldə edə bilərdim, amma qarşılaşma heç-heçə bitdi. Bu da işləri çətinləşdirdi".
22 yaşlı qrossmeyster turnirin qeyri-adi qaydasının olduğunu da sözlərinə əlavə edib:
"Həm də turnirin qeyri-adi qaydası var idi. Əlavə əmsallarda 3-16-cı yerləri bölüşdürdüm və 10-cu yeri tutdum. Əlavə əmsal qara fiqurlarla oyun sayının çox olmağı idi. Bu isə absurd əlavə əmsaldır. Çünki oyunçudan asılı olan bir şey deyil. Ağlarla oyun sayının çoxluğu lotereya kimidir. Əlavə əmsalda daha şanssız idim deyə, aşağı sıralara düşdüm. Yoxsa turniri ilk "5-lik"də, "3-lük"də bitirə bilərdim. Amma turnirin maraqlı olduğunu deyə bilərəm. Yeni oyun vaxtını sınamış oldum. Ümid edirəm ki, növbəti yarışlarda daha yaxşı nəticələr qazanacağam".
Qeyd edək ki, Məhəmməd Muradlı "Aeroflot Open" turnirində Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə göstərib. O, ötən ay finalda Şəhriyar Məmmədyarovu məğlub edərək ölkə çempionu olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













