Bakıda Fransanın dəstəyi ilə Ukrayna mədəniyyət layihəsi start götürüb
Bakıdakı Fransa İnstitutunda Ukraynanın ən yeni tarixinə həsr olunmuş sərgi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbir Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunub və ukraynalı fotoqraf Aleksandr Qlyadelovun işlərini təqdim edir.
Sərginin açılışında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut və Ukraynanın səfiri Yuri Qusev çıxış ediblər.
Diplomatlar qeyd ediblər ki, eyni sərgi hazırda Fransada keçirilir.
"Sərgi həmçinin Fransada Ukrayna mədəniyyət mövsümü çərçivəsində Parisin mərkəzindəki əlamətdar ictimai məkanlardan birində nümayiş etdirilir", - S.Laqut vurğulayıb.
O əlavə edib ki, mədəniyyət tarixi hadisələrin sənədləşdirilməsi üçün unikal vasitə ola bilər.
Qeyd edək ki, ekspozisiya Ukraynanın ən yeni tarixini - 1991-ci ildə müstəqilliyin əldə olunmasından indiki dövrə qədər olan mərhələni əhatə edir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













