"İran peçi"ndən sızan qaz faciəyə səbəb oldu: 51 yaşlı kişi ağır yaralandı - VİDEO
Far.Az xəbər saytı

"İran peçi"ndən sızan qaz faciəyə səbəb oldu: 51 yaşlı kişi ağır yaralandı - VİDEO


Göygöl rayonunun Qızılqaya qəsəbəsində ehtiyatsızlıq ağır xəsarətlə nəticələnən yanğına və partlayışa səbəb olub.

Far.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Məlumata görə, hadisə Rafayel Qasımova məxsus təsərrüfat binasında baş verib. 1975-ci il təvəllüdlü Zöhrab Qasımov binada olan zaman qaz sızması nəticəsində partlayış baş verib və ardınca yanğın başlayıb.

Zərərçəkmişin yaxınlarının bildirdiyinə görə, hadisəyə otaqdakı "İran peçi"ndən sızan qaz səbəb olub. Otağa dolan qazdan xəbərsiz olan Z.Qasımov siqaret yandırmaq istəyərkən güclü partlayış baş verib. Hadisə nəticəsində evin yataq otağı, sənədlər və əşyalar tamamilə yanaraq kül olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları və polis əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülərək alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Partlayış nəticəsində ağır xəsarətlər alan 51 yaşlı Zöhrab Qasımov dərhal Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən xəstəyə 3-cü dərəcəli yanıq diaqnozu qoyulub və vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər