İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə olunub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyə olunub - YENİLƏNİB-2


"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, saat 17:00-dan Sloveniyanın diplomatik nümayəndəliyinin 2, Macarıstanın 8, Rumıniyanın 2, Belçikanın 3, İsveçrənin diplomatik nümayəndəliklərinin 1 əməkdaşı Azərbaycana təxliyə olunub.

Eyni zamanda Çinin 7 vətəndaşının da Azərbaycana təxliyəsi həyata keçirilib.

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

"Report"un Cənub bürosu xəbər verir ki, saat 13:30-dan 17:00-dək 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.

Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilib.

Qazaxıstanın İrandakı diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə olunan diplomatların sayı üç nəfərdir.

Bununla yanaşı, 8 Rusiya vətəndaşı da təxliyə edilib.

Qeyd edək ki, daha əvvəl – gecə saat 01:00-a qədər Almaniyanın 13, İspaniyanın isə 6 diplomatının Azərbaycana keçidi təmin edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib - YENİLƏNİB-4
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər