"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var
Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər.
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, şikayətçilərin sözlərinə görə, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər.
Onlar müəyyən məbləğdə ilkin ödəniş edərək avtomobil sahibi olmaq istəyiblər. Ancaq sonradan aldadıldıqlarını başa düşüblər.
Şikayətçilərin sözlərinə görə, eyni əməl onlarla şəxsin başına gəlib. Dediklərinə görə, onlara ümumilikdə təxminən 300 min manat civarında ziyan dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çoxsaylı vətəndaşların dələduzluq edilərək aldadılması ilə bağlı polisə müraciətlər daxil olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.
Polisin həyata keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən iki nəfər müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













