İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Far.Az xəbər saytı

İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5


Bu gün saat 20:00-dan 22:00-dək ümumilikdə 27 nəfər "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlər Azərbaycan, İspaniya və Rusiya Federasiyası vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, onlardan 20-si İspaniya (ailə üzvləri ilə birlikdə), 2-si Braziliya, 2-si Xorvatiya, 2-si isə Çexiya diplomatlarıdır.

Eyni zamanda, 2 Tacikistan, 2 Pakistan, 2 İran vətəndaşı Azərbaycana təxliyə edilib.

İrandan Azərbaycana martın 4-də saat 16:00-dan 18:00-dək daha 12 nəfər təxliyə olunub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, 3-ü Azərbaycan, 3-ü Pakistan, 1-i iranəsilli İngiltərə vətəndaşı, 1-i Qazaxıstan, eləcə də 2 İsveç və 2 Çexiya səfirliyinin nümayəndəsi Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən təxliyə olunub.

İrandan martın 4-də saat 14:00-16:00 aralığında daha 46 nəfər Azərbaycana təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 6-sı Azərbaycan, 35-i Çin, 4-ü Tacikistan və 1-i isə Ukrayna vətəndaşıdır.

İrandan martın 4-də Çinin daha 35 vətəndaşının Azərbaycana təxliyəsi baş tutub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların Azərbaycana keçidi "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.

İrandan martın 4-də saat 12:00-14:00 aralığında daha 20 nəfər Azərbaycana təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 6-sı Azərbaycan, digərləri isə Çin, Pakistan, Rusiya və Kuba vətəndaşlarıdır.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1202 nəfərə çatıb.

İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin 5-i Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1182 nəfərə çatıb.

Oxşar xəbərlər

İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-4
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər