"Brent" neftin qiyməti 118 dolları ötüb
Far.Az xəbər saytı

"Brent" neftin qiyməti 118 dolları ötüb


Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin bir barelinin qiyməti 29 iyun 2022-ci ildən bəri ilk dəfə 115 dolları keçib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 8:12-yə olan məlumata görə, neftin qiyməti 23,21 % artımla 115,33 dollara çatıb.

Saat 8:16-ya olan məlumata görə, qiymət artımı sürətlənib və 17 iyun 2022-ci ildən bəri ilk dəfə bir barel üçün 117 dolları keçərək, 117,16 dollara (artım 26,4 %) yüksəlib.

Saat 8:20-yə olan məlumata görə, neftin bir bareli 118,73 dollardan (artım 28,09 %) satılırdı.

Bakı vaxtı ilə saat 08:25-ə olan məlumata görə, qiymət artımı yavaşlayıb və bir barel üçün 116,36 dollar (+25,54 %) olub.

Oxşar xəbərlər

"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər