Avstraliya İranın qadın futbol komandasının beş üzvünə sığınacaq verdi
Far.Az xəbər saytı

Avstraliya İranın qadın futbol komandasının beş üzvünə sığınacaq verdi


Avstraliya İranın qadın futbol komandasının beş üzvünə sığınacaq verib.

Far.Az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Toni Börk məlumat yayıb.

O bildirib ki, beş qadın futbolçu "Gold Cost" otelindən daha təhlükəsiz yerə köçürülüb.

Xatırladaq ki, İran yığması Asiya Kubokunun qrup mərhələsində Filippin yığmasına 0:2 hesabı ilə uduzaraq turniri tərk edib.

Ötən gün ABŞ prezidenti Donald Tramp Avstraliyanı İranın qadın futbol komandasına sığınacaq verməyə çağırıb.

"Avstraliya İran Milli Qadın Futbol Komandasının İrana geri qayıtmasına icazə verməklə dəhşətli bir humanitar səhvə yol verir və orada çox güman ki, onları öldürüləcəklər" - deyə Tramp özünün "Truth" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi himni oxumayan futbolçuları sərt tənqid etmiş və müharibə dövründə "xəyanətkarlarla daha sərt davranmaq lazım olduğunu" bildirmişdi.

Bundan sonra Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) FIFA və Asiya Futbol Konfederasiyasından (AFC) futbolçuların təhlükəsizliyini təmin etməyi xahiş edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər