"Barselona"ya "Kamp Nou"nun tutumunu artırmaq üçün icazə verilib
"Barselona" klubu "Kamp Nou" stadionunun tamaşaçı tutumunun artırılması üçün Barselona Şəhər Şurasından icazə aldığını açıqlayıb.
"Report" kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar stadionun tutumunun 45 min nəfərdən 62 652 nəfərə qədər artırılmasına imkan verəcək.
Hazırda aparılan işlərin əsas hissəsi stadionun birinci və ikinci mərtəbələri arasında yerləşən VIP zonaların və istirahət (lounge) məkanlarının yaradılmasına yönəlib.
Bununla yanaşı, stadionda əlavə qonaq zonaları da yaradılır.
Bundan başqa, stadionun cənub hissəsində azarkeşlər üçün "Qol 1957" adlı yeni zona təşkil ediləcək. Bu ad "Kamp Nou"nun 1957-ci ildə açılmasının şərəfinə seçilib.
Klub rəhbərliyi hesab edir ki, yeni məkan azarkeşlərin komandaya dəstəyini gücləndirəcək və oyunlar zamanı stadiondakı atmosferi daha da yaxşılaşdıracaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













