"Qəbələ"ni böyük hesabla məğlub edən "Sabah" Premyer Liqada liderliyini möhkəmləndirib
Far.Az xəbər saytı

"Qəbələ"ni böyük hesabla məğlub edən "Sabah" Premyer Liqada liderliyini möhkəmləndirib


Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

"Report" xəbər verir ki, turun sonuncu qarşılaşmasında lider "Sabah" doğma meydanda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

"Bank Respublika Arena"da baş tutan matçda ev sahibi komandanın qollarını Coy Lens Mikels (11, 32), Aleksey İsayev (24), Kahim Parris (40), Aron Maluda (53), Cesse Sekidika (63) və Rəhman Daşdəmirov (77) vurublar. Qonaqların heyətində isə Adriel Ba Loua (87) təsəlli qoluna imza atıb.

"Sabah" 56 xalla turnir cədvəlində vahid liderliyini qoruyur. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib. "Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan klubları yoxlama matçlarında: Üçündən maksimum nəticə, ikisi bütün oyunları uduzub – ARAŞDIRMA
Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA
Premyer Liqa: "Kəpəz" "İmişli"ni, "Turan Tovuz" "Karvan-Yevlax"ı sınağa çəkəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər