ŞKTR Baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Far.Az xəbər saytı

ŞKTR Baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib


Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısına dəvət olunub.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevlə görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

"ŞKTR-nin Baş naziri Ünal Üstelin də Bakıya dəvət olunmasını Türk dünyası həmrəyliyi və qardaşlıq hüququnun təbii təzahürü olaraq görürük", - o qeyd edib.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər