Nəriman Axundzadə: "Verdiyim qərarın doğru olduğunu sübut etməyə çalışacağam" - EKSKLÜZİV
ABŞ-nin "Kolambus Kryu" komandasına transfer olunan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də çıxış etməkdə maraqlı olub.
Keçidindən sonra ilk dəfə "Report"a danışan 21 yaşlı oyunçu yeni komandasını seçməsinin səbəbini açıqlayıb.
"MLS-də oynamaq variantı mənə maraqlı gəlirdi və yekunda "Kolambus Kryu" kollektivinə keçmək qərarı verdim. Vətəndən kənarda olmaq həmişə çətindir. Bu, istər ABŞ olsun, istərsə də başqa bir yer. Bütün bunlar futbol həyatının bir hissəsidir. Uyğunlaşma prosesi istər rahat olsun, istər çətin, verdiyim qərarın doğru olduğunu sübut etməyə çalışacağam. Hətta uyğunlaşma prosesi vaxt alsa belə".
Azərbaycan millisinin üzvü ABŞ-yə gəlişindən sonra ilk təəssüratlarını da bölüşüb:
"Artıq iki gündür Amerikadayam. Dünən ilk məşqə çıxdım, komandada gözlədiyimdən də isti münasibət gördüm, xoş qarşılandım. İndi isə 'Kolambus Kryu'da debüt edəcəyim günü səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib
-
Xankəndidə 128 metrlik müasir teleqüllə inşa olunur
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
-
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır













