"AzerGold"da "Tərəqqi" medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib
Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən, "AzerGold" QSC-nin "Tərəqqi" medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.
Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.
Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən "AzerGold"un fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.
Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.
Sonda əməkdaşlara "Tərəqqi" medalları və vəsiqələr təqdim olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













