Məcnun Məmmədov: "Aqrar sektorun rəqəmsallaşdırılması yeni mərhələyə qədəm qoyur"
Far.Az xəbər saytı

Məcnun Məmmədov: "Aqrar sektorun rəqəmsallaşdırılması yeni mərhələyə qədəm qoyur"


Azərbaycanda kənd təsərrüfatı sektorunun rəqəmsallaşdırılması yeni mərhələyə qədəm qoyur.

"Far.Az" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

Nazir qeyd edib ki, müasir dövrdə ərzaq təhlükəsizliyi yalnız daxili istehsalla məhdudlaşmır: "ABŞ və Niderland kimi inkişaf etmiş ölkələr hər il milyardlarla dollar dəyərində məhsul idxal edirlər. Ərzaq təhlükəsizliyi bəzi inkişaf etmiş ölkələr üçün iqtisadi səmərəlilik və minimal risklərlə tədarük zənciri qurmaq məntiqinə əsaslanır. Bu, həm ticarət, həm də istehsal siyasətinin birgə vəhdətindən irəli gəlir".

M.Məmmədov xatırladıb ki, Azərbaycanda kənd təsərrüfatında süni zəka modullarının işlənilməsinə 2024-cü ilin sonundan başlanılıb: "Artıq 600 fermerdən toplanmış datalar əsasında ilkin sınaqlar həyata keçirilir. Hazırda nəzərdə tutulan 33 moduldan 9-u test mərhələsindədir. Dünyada kənd təsərrüfatında süni intellektin tətbiqi əsasən korporativ səviyyədədir. Dövlət səviyyəsində bu cür sistemli mexanizmlər yalnız Avstraliya və Yeni Zelandiyada qismən mövcuddur".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər