"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
"Ziraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 20,958 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
9 ayda "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 103,679 milyon manat (1 il əvvələ nisbətən 37,9 % çox), əməliyyat xərcləri 66,96 milyon manat (45,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,367 milyon manat (77,2 % çox), gözlənilməz gəlirləri 80 min manat (24,5 % az), mənfəət vergisi ödəmələri isə 5,475 milyon manat (6,9 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 616,627 milyon manat olub ki, bu da illik müqayisədə 31 % çoxdur. Bunun 924,568 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,1 % böyüyüb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 32,8 % artaraq 1 milyard 433,376 milyon manata, o cümlədən depozit portfeli 39 % artaraq 874,105 milyon manata, balans kapitalı isə 18,7 % artaraq 183,252 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 2 dəfədən çox artıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 44 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













