"Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya
"Qarabağ" futbol klubu əvəzedicilərdən ibarət komandanın məşqçisi Muarem Zekirin 4 oyunluq cəzalanmasına münasibət bildirib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub həmin hadisəyə görə Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcəyini diqqətə çatdırıb:
"Biz məşqçilərimizlə danışdıq. Onlar bildirdilər ki, orada hansısa təhqirdən istifadə olunmayıb. Sadəcə, hakimlər fərqli formada qəbul ediblər. Buna baxmayaraq, bu mövzu ilə bağlı şikayət etməyəcəyik".
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Qarabağ-2"nin məşqçisi Muarem Zekiri "Zirə-2" ilə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyini əsas göstərərək 4 oyunluq cəzalandırıb. Kluba isə buna görə 1000 manat cərimə kəsilib.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Sumqayıtda "Banu" şirniyyat sexində ciddi nöqsanlar aşkarlandı, sahibi cərimələndi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Sumqayıt" rəsmisi: "Qərarın dəyişəcəyini gözləmədiyimiz üçün apellyasiya şikayəti verməyəcəyik"
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib













