Direktor: Son 10 ildə Azərbaycanda vərəmlə xəstələnmə halları iki dəfəyədək azalıb
Ölkədə vərəmlə xəstələnmə ilə bağlı statistik göstəricilərdə təxminən iki dəfəyə qədər azalma qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, vərəmlə xəstələnmə ilə bağlı statistik göstəricilərdə müsbət dəyişikliklər qeydə alınıb:
"Azərbaycanda vərəmlə xəstələnmə dinamikası əhalinin hər 100 min nəfəri üzrə 2015 ildə 41,1 olduğu halda, 2025 ildə bu göstərici 21,5-ə qədər azalıb. Xəstələrin üçdə ikisi kişi, üçdə biri isə qadındır. Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında TDM-nin (Turşuya Davamlı Mikobakteriya – Vərəm Mikobakteriyası) aşkar olunması dinamikası 2015 ildə 53 faiz, 2025 ildə isə 86 faiz təşkil edib. Həm həssas, həm də Dərmanlara Davamlı Xəstələrin müalicə göstəriciləri daha yüksək olub".
İ.Axundova qeyd edib ki, bu çərçivədə ən vacib məqamlardan biri də ölkədə vərəmin diaqnostikası və müalicəsinin dövlət tərəfindən təşkil olunması, həmçinin vətəndaşlar üçün tamamilə pulsuz olmasıdır:
"Xəstələr dərman preparatları, laborator müayinələr və zəruri tibbi xidmətlərlə təmin olunurlar. Ölkədə vərəmlə mübarizə dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsində xüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində daha yüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətini qısaltmaq mümkün olur".
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













