ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib
ABB-nin dəstəyi, "Facemark" şirkətinin təşkilatçılığı ilə "Gülüstan" sarayında II Qadın Liderləri Zirvəsi keçirilib. Tədbirdə Azərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın liderlər bir araya gəlib.
ABB-nin Baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-nin qadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyata keçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadın liderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanova panel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsini bölüşüb.
Müzakirələr "Zirvəyə gedən yol", "Zirvədəki baryerlər və maneələr", "Zirvədə davamlılıq və dayanıqlılıq" mövzularında 3 əsas panel üzrə aparılıb.
Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-nin hədiyyələri də təqdim olunub.
II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













