Azərbaycanda elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb
Azərbaycanda elektron ticarətdə saxta saytlar, fişinq və süni intellekt əsas dələduzluq riskləridir.
"Far.Az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.
Onun sözlərinə görə, ən geniş yayılmış üsullar arasında saxta elektron ticarət saytları, saxta investisiya platformaları, maliyyə dələduzluğu sxemləri, eləcə də fişinq və digər aldatma metodları yer alır:
"Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edərək müxtəlif vədlər və saxta təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər. Cinayətlərin ümumi mahiyyəti dəyişməsə də, istifadə olunan aldatma üsulları və texnologiyalar getdikcə daha da təkmilləşir. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər yaradır. Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi üsullarla həyata keçirilən dələduzluq halları müşahidə olunur".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













