21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu
Far.Az xəbər saytı

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu


Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində müxtəlif şəxslərə intim xidmətlər təklif etməsi və virtual olaraq əxlaqsız yazışmalar həyata keçirməsi də məlum olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı şəxs Nəsimi rayonunda saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (Fahişəliklə məşğul olma) və 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə M.Məmmədov 30 sutkalıq həbs olunub.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Virtual xuliqanlıq "bahalaşacaq": Sosial şəbəkələrdə məsuliyyət və cəzalar sərtləşir
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər