Sökülən evlər üçün pul kvadratına görə verilməsin - Vüqar Bayramov
Bakının Baş planına uyğun olaraq, yenidənqurma işlərində kompensasiyaların verilməsində diferensial yanaşma tətbiq edilə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır: "Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəli mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı".
O qeyd edib ki, Azərbaycan rezervlərin daha risksiz və gəlirli sektorlara yönəldilməsi ilə dövlət rezervlərinin artım tempini qoruyur: "2025-ci ildə dövlət rezervlərimiz 20 %-ə yaxın artaraq 81,5 milyard ABŞ dollarına çatıb. Valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 12 %-dən çoxdur ki, bu da regional geosiyasi təhdidlərin artması fonunda iqtisadi təhlükəsizlik yastığı formalaşdırır".
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













