Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin Azərbaycana qarşı ittihamlarını kəskin qınadı
Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayan bəyanat yayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İcmanın bəyanatında bildirilir ki, Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət ruhunda məktub ünvanlayıb.
Bəyanatda vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, hətta ticarət əlaqələrinə başlanması, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri fonunda avropalı parlamentarilər bu yanaşma ilə Ermənistanda və ondan kənarda revanşist dairələrin dəyirmanına su tökürlər.
"Bu xüsusda, qondarma rejimin tör-töküntülərinə "France 24" kanalında efir verilməsi də çoxsaylı suallar doğurur. Bölgədə sülhün bərqərar olması Avropada hələ də Azərbaycana qarşı "köhnə bayatılar"dan əl çəkməyən bəzilərini, görəsən, niyə bu qədər narahat edir?!
Qarabağdan könüllü getmiş ermənilərin qayıdışından dəm vuran avropalı parlamentarilərin biz qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu danmasını, insan haqları, humanitar problemlərə etnik və dini təəssübkeşlik prizmasından baxmasını şiddətlə qınayırıq", - deyə bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













