"Haber Global" Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumunda çıxışına diqqət çəkdi: "Dünya nizamı köklü transformasiyaya məruz qalır"
Far.Az xəbər saytı

"Haber Global" Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumunda çıxışına diqqət çəkdi: "Dünya nizamı köklü transformasiyaya məruz qalır"


"Haber Global" telekanalında XIII Qlobal Bakı Forumunun ikinci günü ilə bağlı növbəti süjet yayımlanıb.

BAKU.WS xəbər verir ki, telekanal tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarına geniş yer verib.

"Artan geosiyasi gərginlik qlobal sistemi çətin sınaqdan keçirir. Çoxtərəflilik ciddi çətinliklərlə üzləşir və qlobal nizam dərin transformasiyaya məruz qalır. Bu gün beynəlxalq münasibətləri yenidən formalaşdıran əhəmiyyətli geosiyasi dəyişikliklərin şahidi oluruq. Bu proseslər ölkələr arasında daha güclü əməkdaşlıq və dialoqu zəruri edir", - H.Hacıyev deyib.

"Bakıda keçirilən forumda dünyanın hər yerindən siyasətçilər, sabiq dövlət başçıları və mütəxəssislər dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər. Tədbirdə ən çox müzakirə olunan mövzulardan biri qlobal təhlükəsizlik arxitekturası və çoxtərəfli sistemin gələcəyi oldu. İştirakçılar çoxtərəfliliyin ciddi çətinliklərlə üz-üzə olduğunu və qlobal nizamın dərin transformasiya prosesindən keçdiyini vurğuladılar. Beynəlxalq münasibətləri yenidən formalaşdıran geosiyasi dəyişikliklərin ölkələr arasında daha güclü əməkdaşlıq və dialoq tələb etdiyi ifadə edildi.

Çıxışlarda Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdəki gərginlik və regional münaqişələrin qlobal təhlükəsizlik mühitini daha kövrək hala gətirdiyi qeyd olundu. Bu prosesdə beynəlxalq qurumların və çoxtərəfli mexanizmlərin daha effektiv hala gətirilməsinin zəruriliyi dilə gətirildi. Forumda, həmçinin beynəlxalq sistemdə etimadın yenidən bərpa edilməsi və dialoqun gücləndirilməsinin vacibliyinə diqqət çəkildi", - deyə telekanalın materialında bildirilib.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Miri Yusif bu şəkilləri ilə diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər