Almaniyalı güləşçi: "Azərbaycan çempionu Sakit Quliyevi çox bəyənirəm"
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında iştirak edən Almaniyanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Luis Loy vaxtilə komanda yoldaşı olmuş Sakit Quliyevi (63 kq) çox bəyənir.
Bu barədə idmançı "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.
O, Azərbaycan idmançısı ilə Almaniyada komanda yoldaşı olduğunu söyləyib:
"Azərbaycan idmançılarından Sakit Quliyevi tanıyıram. O, ölkə çempionudur. Biz onunla Almaniya Güləş Liqasında eyni komandada çıxış etmişik. Çox yaxşı idmançıdır və onu bəyənirəm. Digər azərbaycanlı güləşçilərlə qarşılaşmamışam".
O, turnirdəki şanslarını dəyərləndirib:
"1/4 finalda Belarus idmançısına uduzdum. İndi ümid edirəm ki, o, yarımfinalda qalib gələr və mən təsəlliverici görüşlərə qatıla bilərəm. Düşünürəm ki, hələ də mükafatçı olmaq şansım var".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













