TÜRKPA missiyası Qazaxıstanda referenduma hazırlıq barədə məlumatlandırılıb
Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentariləri, parlament əməkdaşları və TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov ilə görüşüb.
TÜRKPA-dan "Report"a verilən məlumata görə, MSK sədri qurumun uzun illərdir TÜRKPA ilə əməkdaşlıq etdiyini vurğulayıb.
O, TÜRKPA-nı müşahidə prosesində iştiraka dəvət etməkdən böyük məmnunluq duyduğunu bildirərək təşkilatın aktiv fəaliyyətini xüsusi qiymətləndirib.
TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten missiyanın Astana ilə yanaşı olaraq, Almatı və Türküstan şəhərlərində də qısamüddətli monitorinqlər aparacağını qeyd edib.
MSK sədri Qazaxıstan referendumla bağlı genişmiqyaslı hazırlıq işlərinin başa çatdığı və ölkə üzrə 10 000-dən çox seçki məntəqəsinin tam hazır vəziyyətdə olduğu barədə məlumat verib. Sədr əlavə edib ki, ümumilikdə 256 təşkilat akkreditasiyadan keçib.
Qeyd edək ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
Mikayıl Cabbarov: "Sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib"
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?













