Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Küllü midarda mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəbul olunub.
Belə ki, əvvəlcə iclasda cinayət işi üzrə sənədlər tədqiq olunub.
Daha sonra Raqif Abbasovun vəkili cinayət işi üzrə hesablanmış məbləğlərin yenidən hesablanması üçün mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Proses ekspertiza nəticələri gələnə qədər təxirə salınıb.
Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi əsasında məsuliyyətə cəlb olunublar.
Raqif Abbasov və Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü ( mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Gənclər və İdman Naziriyi tanınıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib













