"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Far.Az xəbər saytı

"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında bu gün növbəti yarışlar baş tutacaq.

"Far.Az"un turnirə ezam olunan əməkdaşı xəbər verir ki, yarışın dördüncü günündə Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar bəlli olacaq.

Yarış aprelin 27-də ilk dəfə Sərsəng su anbarında start götürüb.

Ötən gün Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə 2008-2009 təvəllüdlü idmançılar arasında birnəfərlik kayakda 200 metr məsafəyə yarışda gümüş medal qazanıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Beynəlxalq kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarına baxış keçiriblər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər