Xüsusi nümayəndə: Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi səylər göstəririk
Far.Az xəbər saytı

Xüsusi nümayəndə: Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi səylər göstəririk


Çinlə münasibətlərimiz mövcud vəziyyətdən asılı olaraq yaxın xarakter daşıyır. Elə məsələlər var ki, maraqlarımız üst-üstə düşür. Xüsusilə regionun təhlükəsizliyi, sabitliyi və nəqliyyat bağlantıları bu sahələrdə ortaq maraqlarımızın olduğu istiqamətlərdir.

Far.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Xüsusi Sesiyada Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütün məsələlərdə tam uyğunluq olmasa da, bu sahələrdə əməkdaşlıq aparılır:

"Transxəzər boru kəməri marşrutunun reallaşdırılması üçün ciddi səylər göstəririk. Bu marşrut vasitəsilə Qərbdən Mərkəzi Asiyaya çıxış təmin oluna bilər. Çin tərəfdaşları isə daha çox şərq istiqamətində layihələr həyata keçirirlər. Onlar Qırğızıstan və Özbəkistan vasitəsilə Fərqanə vadisinə qədər uzanan boru kəməri layihələri üzərində işləyirlər və bu xətt sonradan Türkmənistana doğru davam edə bilər. Beləliklə, gələcəkdə Azərbaycanın sahillərinə çıxış imkanları da yarana bilər.

Bu prosesdə Tacikistanın xüsusi rolu var. Tacikistanda təhlükəsizlik məsələləri, xüsusilə Əfqanıstan ərazisindən gələn təhdidlər səbəbindən ciddi narahatlıq doğurur. Orada mövcud olan de-fakto hakimiyyət ya istəmir, ya da sərhəddə təhlükəsizliyi tam təmin etmək iqtidarında deyil. Xaricdən gəlmiş bir neçə min terrorçu qruplaşmanın mövcudluğu region üçün real təhlükə yaradır.

Bu səbəbdən həmin təhlükəsizlik balansının pozulması Avropa üçün də böyük risk deməkdir".

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər