Ələt-Astara yolunda yük avtomobilinin təkəri partladı: Qəza yerindən GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Ələt-Astara yolunda yük avtomobilinin təkəri partladı: Qəza yerindən GÖRÜNTÜLƏR


Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 80-ci kilometrində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Belə ki, Seymur Niftullayevin idarə etdiyi DAF markalı, 90 LO 337 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.

Bildirilib ki, qəza nəticəsində avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Ələt-Astara yolunda zəncirvari qəza: Yeddi nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər