Azərbaycan sənaye təhlükəsizliyi üzrə yeni dövlət standartlarını qəbul edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edib.
"Far.Az" Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunlar, AZS ISO 4414:2026 "Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri", AZS ГОСТ 15.109:2026 "Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları", AZS ГОСТ 194:2026 "Texniki difenilamin. Texniki şərtlər", AZS ГОСТ 23172:2026 "Stasionar qazanlar. Terminlər və təriflər", AZS ГОСТ 24856:2026 "Boru kəməri armaturu. Terminlər və təriflər", AZS ГОСТ 31371.1:2026 "Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini", AZS ГОСТ 33732:2026 "Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri", AZS ГОСТ 33950:2026 "Pirotexniki məmulatlar. Sınaq metodları", AZS ГОСТ 33984.2:2026 "Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları" və AZS ГОСТ 33984.3:2026 "Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları" dövlət standartlarıdır.
"2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nın icrası çərçivəsində qəbul edilən bu dövlət standartları pnevmointiqallı sistemlər, sənaye partlayıcı materialları, texniki difenilamin, stasionar qazanlar, boru kəməri armaturu, təbii qazın tərkibinin təyini, pirotexniki məmulatlar və liftlər üzrə təhlükəsizlik qurğularının sınaq və sertifikatlaşdırma qaydalarını müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd sənaye obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, müasir yanaşmalarla məhsul və avadanlıqların uyğunluğunun vahid tələblər əsasında qiymətləndirilməsi, eləcə də milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsidir.
Sözügedən dövlət standartı layihələri Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təsis etdiyi "Sənaye təhlükəsizliyi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 50) iclasında müzakirə edilib və AZSTAND onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan energetika sahəsində yeni dövlət standartları qəbul edib
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib
Azərbaycanda kitab və digər nəşrlər üçün yeni dövlət standartı qəbul oluna bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir













