Azərbaycan energetika sahəsində yeni dövlət standartları qəbul edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) energetika sahəsində yeni dövlət standartları qəbul edib.
"Far.Az" AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ISO 50006:2025 "Enerji menecmenti sistemləri - Enerji səmərəlilik göstəriciləri və cari enerji göstəricilərindən istifadə edərək enerji səmərələliyinin qiymətləndirilməsi", AZS ISO/PAS 50010:2025 "Enerji menecmenti və enerjiyə qənaət – ISO 50001 enerji menecmenti sistemindən istifadə etməklə əməliyyatlarda xalis sıfır əldə olunması üçün rəhbərlik" dövlət standartlarıdır.
Yeni dövlət standartlarının qəbulu müəssisələrin enerjidən istifadəni izləmələrinə, enerji performans göstəricilərinin qiymətləndirilməsinə və enerjiyə qənaət strategiyalarının həyata keçirilməsinə töhfə verəcək. Nəticədə yerli müəssisələr enerji səmərəliliyi sahəsində beynəlxalq bazarda rəqabət üstünlüyünə malik olacaqlar.
Yeni dövlət standartları Energetika Nazirliyinin sədrlik etdiyi "Elektroenergetika və bərpa olunan enerji" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) təqdim edilib və AZSTAND onları qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Azərbaycanda "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" təsdiqlənib
Bazarlarda monitorinq - Qidalar üstü açıq, toz içində...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













