Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Far.Az xəbər saytı

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb


Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib.

Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir: "ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq müəssisələri dövlətin dəstəyi ilə təmin olunub, proteksionist siyasət yürüdülür. Bu baxımdan, həmin ölkələrə ixracla bağlı məhdudiyyətlər var".

M.Həsənli xatırladıb ki, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib: "2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 % çoxdur. Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 % artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub".

Onun sözlərinə görə, ötən il də ölkənin yumurta ixracının coğrafiyası genişlənib: "BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıb".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər