I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT
2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb.
Far.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, birinci sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. "Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər.
Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 6-na kimi 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] imeyl ünvanına göndərərək təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin çağrı mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
Qeyd edək ki, 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Şans dolu anlar: "Evini OBA ilə doldur"un üçüncü tirajının qalibləri seçildi!
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
Yeni - 2026-cı ili Shamakhi Palace Sharadil-də qarşılayın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abelardo de la Espriellya Kolumbiya prezidenti vəzifəsinin icrasına başlayıb
-
Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib
-
Vaşinqton "Qızıl Günbəz"in sınaqlarına gələn il başlamağı planlaşdırır
-
Pentaqon naməlum uçan obyektlər haqqında növbəti materiallar yayımlayıb
-
Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
-
Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq













