Ağdərə sakini: Sevinirik ki, bundan sonra yurdumuzda yaşayacağıq
Sevinirik ki, bundan sonra yurdumuzda yaşayacağıq.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Ağdərə rayonunun Baş Güneypəyə kənd sakini, keçmiş məcburi köçkün Mehman İsmayılov deyib.
O, doğma yurduna qayıtmasına görə sevincinin hədd-hüdudu olmadığını vurğulayıb: "Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqına bu möhtəşəm qələbəni qazandırdığına görə təşəkkür edirik. Hər birimiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu görürük.
İnanıram ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi, daimidir, əbədidir və dönməzdir. "Dəmir yumruq" hər zaman Azərbaycan xalqını qoruyacaq.
Azərbaycanın möhtəşəm qələbəsində şəhidlərin xüsusi rolu olub. Bütün şəhidlərə Allah rəhmət diləyirəm, qazilərimizə, veteranlarımıza can sağlığı diləyirəm. Arzu edirəm ki, Azərbaycan daim ucalsın".
M. İsmayılov Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etdiyini, iki yaxın qohumunun şəhid olduğunu bildirib.
Qeyd edək ki, bu gün Ağdərə rayonuna növbəti köç karvanları yola salınıb. Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər köçürülüb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"













