Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı
Far.Az xəbər saytı

Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı


Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsinin arzuolunan həddə olmadığını göstərir.

Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirə zamanı gözlənilən səmərə əldə olunmur:

"Dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır. Hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, "Azərbaycan tarixi 7" dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilmişdir. "Biologiya 9" dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, "Riyaziyyat 7" dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, "Fizika 9" dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olmuşdur".

Nazirlikdən həmçinin qeyd edilib ki, bu hal dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər