İRİA heyəti Çadda rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çadda rəsmi səfərdə olub. Heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıb.
Səfər Çadın telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Çadın Baş naziri Allamaye Halina ilə İRİA-nın heyəti arasında rəsmi görüş keçirilib. Görüşdə innovasiya, təhsil və rəqəmsal inkişaf üzrə əməkdaşlıq istiqamətində əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın rəqəmsal məhsullarının ixrac potensialı, birgə layihə imkanlarının araşdırılması və təcrübə mübadiləsi müzakirə edilib.
Çadın telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarla görüş keçirilib. Görüşdə Çadda həyata keçirilən və planlaşdırılan rəqəmsal layihələr, rəqəmsallaşma və innovasiya istiqamətində prioritet fəaliyyət istiqamətləri və strateji hədəflər, Azərbaycan və Çad arasında imzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq imkanları, innovasiya ekosisteminin inkişafı, rəqəmsal infrastrukturun qurulması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi müzakirə edilib.
Səfər çərçivəsində İRİA heyəti, həmçinin Çadın bir sıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal hökumət infrastrukturunun inkişafı, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində potensial əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb. İRİA heyətinin tərkibində yer alan Azərbaycanın texnopark rezidentləri də bu görüşlərdə iştirak edərək rəqəmsal məhsulların potensial ixrac imkanlarını müzakirə ediblər.
Səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal məhsul və həllərinin Çadda tanıdılması və ixracına dəstək göstərilməsi, irimiqyaslı layihələrin reallaşdırılma imkanlarının müzakirəsi, həmçinin iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













