İrandan daha 11 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-2
Far.Az xəbər saytı

İrandan daha 11 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-2


İrandan martın 18-i saat 13:00-15:00 aralığında daha 11 nəfər Azərbaycana təxliyə edilib.

"Report"un Cənbu bürosu xəbər verir ki, onların 3-ü Azərbaycan, 4-ü Hindistan, 2-si Çin, 1-i Polşa, 1-i isə Rusiya vətəndaşıdır.

Həmin şəxslər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunublar.

İrandan martın 18-i saat 12:00-13:00 aralığında Hindistandan olan 4 həkim Azərbaycana təxliyə edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan martın 18-i saat 08:00-dan 12:00-dək dörd ölkənin vətəndaşı Azərbaycana təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bunlar Almaniya və Hindistanın hər birinin 2, Kanada və Pakistanın hər birinin 1 vətəndaşıdır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bundan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlanılıb.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər