Azercell Milli Paralimpiya Komitəsi ilə birgə 3 saylı Uşaq evini ziyarət edib
Şirkət nümayəndələri Novruz və Ramazan bayramları ərəfəsində uşaqlarla görüşüblər
"Azercell Telekom" MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək təşəbbüslərini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə Novruz və Ramazan bayramları münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib. Təşəbbüs inklüziv dəyərlərin təşviqinə, gənc nəslin inkişafına və sosial həmrəyliyin gücləndirilməsinə yönəlib.
Görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində baş tutub.
Təşkilatların nümayəndələri uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlu gələcək arzulayıblar. Paralimpiya çempionları öz növbələrində şəxsi həyat hekayələri əsasında əzmkarlıq və inamın uğura aparan əsas amillər olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Azercell üçün cəmiyyətin həssas qruplarına diqqət və qayğı - prioritet istiqamətlərdəndir. Şirkət müxtəlif sosial təşəbbüslər həyata keçirməklə uşaqların sosial, intellektual və fiziki inkişafına dəstək göstərir.
Qeyd edək ki, şirkət 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Azercell-in davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Oyunlarının əhatə dairəsi genişlənib və ölkə boyu yüzlərlə sağlamlıq imkanları məhdud uşaqlar idmanla məşğul olmaq imkanı əldə edib.
Qalereya
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb













